Naxçıvandan Məşhədə qatar gedəcək

Naxçıvandan Məşhədə qatar gedəcək
  02 Mart 2016    Oxunub:3264
Naxçıvan-Təbriz-Tehran-Məşhəd beynəlxalq sərnişin qatarının açılması ilə bağlı keçirilən ilk müzakirədə işçi qrupunun üzvləri Azərbaycan ilə İran arasında əlaqələrin daha da gücləndirilməsi istiqamətində görülən işlərdən danışıblar.
Görüşdə bir sıra texniki məsələlər, sərnişin qatarının qrafiki və tariflər müzakirə olunub. Naxçıvan dəmiryol vağzalında keçirilən görüşdə belə tədbirlərin hər iki ölkənin vətəndaşları tərəfindən razılıqla qarşılandığı vurğulanıb.

Görüşdə Azərbaycan tərəfdən “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Sərnişindaşımaları Departamentinin rəis müavini Mədət Şıxəmirov, “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Mahir Əliyev, İran İslam Respublikası tərəfdən Azərbaycan Dəmir Yolu Təşkilatının baş direktoru Mirhüseyn Musəvi, İran Dəmir Yolları Sərnişindaşıma Xidmətinin baş müdiri Mürtəza Cəfəri iştirak ediblər.

Müzakirələr qarşıdakı günlərdə Azərbaycan və İran dəmir yolu rəhbərlərinin iştirakı ilə keçiriləcək yüksək səviyyəli görüşə hazırlıq məqsədi daşıyıb.(AzerTac)

AzVision.az


Teqlər:  





Xəbər lenti