56 il soyadsız yaşayan azərbaycanlı

56 il soyadsız yaşayan azərbaycanlı
  09 Mart 2016    Oxunub:2098
Rusiyanın Kalininqrad şəhərinin rayon məhkəməsi Murmansk əyalətinin keçmiş sakini, əslən Azərbaycandan olan Etibar adlı şəxsə soyadsız yaşamağa icazə verib.

AzVision.az Rusiya mətbuatına istinadən xəbər verir ki, 1957-ci il təvəllüdlü Azərbaycan vətəndaşı Etibar 56 il soyadsız yaşayıb. Belə ki, azərbaycanlının valideynləri ona öz soyadlarını verməyiblər.
Məlumata əsasən, Bakıda ona doğum haqqında şəhadətnamə, 20 ildən sonra isə rayon hərbi komissarlığından hərbi bilet təqdim olunub.

Daha sonra Murmanska gələn azərbaycanlı 2003-cü ildə Rusiya Federasiyasının vətəndaş pasportuna sahib olur. Onun xarici pasportunda da həmin şəxsin soyadı haqqında heç bir məlumat yoxdur.

AzVision.az


Teqlər:





Xəbər lenti