ABŞ Kəşfiyyatı:`Rusiya seçkilərdə Klintona mane olub` (VİDEOXƏBƏR)

 ABŞ Kəşfiyyatı:`Rusiya seçkilərdə Klintona mane olub` (VİDEOXƏBƏR)
  07 Yanvar 2017    Oxunub:4781
Moskva ABŞ-da keçirilən seçkilərdə Demokrat partiyasının namizədi Hillari Klintona mane olmağa çalışıb.

AzVision.az “lenta.ru”ya istinadən xəbər verir ki, bu barədə Mərkəzi Kəşfiyyat İdarəsi, Federal Təhqiqatlar Bürosu və ABŞ Milli Təhlükəsizlik Agentliyinin birgə hazırladığı hesabatda bildirilib: “Rusiyanın məqsədi ABŞ cəmiyyətinin demokratik prosesə inamını sarsıtmaq və Hillari Klintona prezident seçilməsinə mane olmaqdan ibarət olub”.

Hesabatda həmçinin qeyd olunur ki, ABŞ kompüter sistemlərinə kiberhücumda əli olan Guccifer 2.0 adlı haker və DCLeaks.com saytının arxasında Rusiya Silahlı Qüvvələri Baş Qərargahı Baş Kəşfiyyat İdarəsi durur.

Dekabrın 10-da Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) müəyyənləşdirib ki, Rusiya Donald Trampın qalib gəlməsi üçün ABŞ-da keçirilən prezident seçkilərinə müdaxilə edib.

MKİ Rusiya rəhbərliyi ilə bağlı olan və “WikiLeaks” saytına Hillari Klintonun qərargahının rəhbəri Con Podesta da daxil olmaqla Demokratlar partiyasının serverlərini qırmaq yolu ilə əldə olunan minlərlə elektron poçtu ötürməkdə şübhəli bilinən şəxsin kimliyini müəyyənləşdirib. MKİ bu qənaətə gəlib ki, Rusiyanın əsas məqsədi Trampın seçkilərdə qalib gəlməsinə yardım etmək olub. Daha əvvəl ABŞ KİV-ləri və FTX dəfələrlə Demokratlar partiyasının serverlərinin rus hakerlər tərəfindən sındırıldığını bəyan edib.

Qeyd edək ki, bu ilin noyabrın 8-də ABŞ-də keçirilən seçkilərdə Donald Tramp rəqibi Hillari Klintona qalib gələrək ölkənin yeni prezidenti seçilib.



Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti