Sabiq məmurlar birləşib Sarkisyanı devirmək istəyir - (VİDEOXƏBƏR)

Sabiq məmurlar birləşib Sarkisyanı devirmək istəyir - (VİDEOXƏBƏR)
  23 Yanvar 2017    Oxunub:9620
Rusiya əleyhinə çıxışları ilə məşhur olan Sovet İttifaqı dissidenti Paruyr Ayrikyanın “Milli müqəddəratı təyin etmə” birliyi Ermənistan prezidenti Serj Sarkisyana qarşı yaradılan seçki blokuna qoşulmaq barədə bəyanat yayıb.

AzVision.az erməni KİV-nə istinadən xəbər verir ki, Sarkisyana qarşı olan seçki bloku sabiq xarici işlər naziri Vardan Oskanyan, Ermənistan Prezident Administrasiyasının rəhbərinin sabiq müavini Viktor Dallakyan, Ermənistan Demokratiya Partiyasının sədri Aram Sarkisyan və sabiq müdafiə naziri Seyran Ohanyan tərəfindən yaradılıb.

Birliyin əsas hədəfi Sarkisyan rejimini devirib hakimiyyətə gəlməkdir. Hazırda blok parlament seçkilərində hakim partiyaya qalib gəlmək üçün gizli iş aparır.

Məlumata görə, ekslərdən ibarət seçki blokuna tanınmış siyasətçilərin də qoşulacağı gözlənilir.

Qeyd edək ki, bu iln aprel ayında Ermənistanda parlament seçkiləri keçiriləcək.



Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti