Əkrəm Əylisli: “Türkiyədən dəvət gəlsə, ora köçəcəm”

Əkrəm Əylisli: “Türkiyədən dəvət gəlsə, ora köçəcəm”
  27 Fevral 2013    Oxunub:1665
Yazıçı müsahibəsində Azərbaycan ziyalılarını qorxaq adlandırıb.
“Daş yuxular” romanı ilə Azərbaycanda böyük qalmaqala səbəb olan yazıçı Əkrəm Əylisli türk mətbuatına müsahibə verib. O, müsahibəsində artıq Azərbaycanda yaşamağın çətin olduğunu söyləyib: “Azərbaycanda o qədər hadisə oldu ki, yazdıqlarım kitablardan çıxarıldı, əsərlərim teatrlarda oynanılmır. Burada yaşamaq getdikcə çətinləşir. Ölkəmdən getməyə qərar versəm, Türkiyəyə gedərəm. Özümü ölkəmdən sonra yaxşı hiss edə biləcəyim yer Türkiyədir. Çünki biz qardaş ölkələrik. Amma kiminsə məni dəvət etməsi lazımdır”.

Keçmiş Xalq yazıçısı müsahibəsində azərbaycanlı ziyalıları qorxaq adlandırıb. “Mənim düşüncələrimə həmişə dəstək veriblər. Türkiyədən də mənə bir qrup yazar dəstək oldu. Amma heç bir siyasətçi mənə zəng etmədi. Əgər Türkiyə dövləti məni dəvət etsə, mən Türkiyəyə gedə bilərəm. Türkiyə vətəndaşlarından, ziyalılardan aldığım dəstək mənə həmişə yaxşı gəlib. Amma bizim ziyalıların çoxu qorxaqdır, öz düşüncələri ilə yaşamırlar”.

Yazıçı onun əsərinə reaksiya verənlərin çoxunun əsəri oxumadığını deyib. “Mənim əsərimlə bağlı reaksiya verənlərin 99% onu oxumayanlardır. Mən əsərdə qələmə aldığım azərbaycanlılar çox ucadırlar, ermənilər sadəcə onların istədiyi kimi pis deyil. Bizimkilər istəyirlər ki, ermənilər alçaq görünsün. Bu təxribatla Dağlıq Qarabağı özümüzə yaxınlaşdıra bilmərik”,-deyə Ə.Əylisli bildirib..

Modern.az-ın xəbərinə görə, Xocalı soyqırımı ilə bağlı danışan yazıçı bildirib ki, “elə düşünürlər ki, mən Xocalı üçün pis olmuram. Bu necə ola bilər axı? Mən necə üzülməyə bilərəm?”


Teqlər:





Xəbər lenti