Azərbaycan nefti 2,4% bahalaşıb

Azərbaycan nefti 2,4% bahalaşıb
  16 Mart 2017    Oxunub:1382
Dünya birjalarında neft yenidən bahalaşır.
AzVision.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,27 dollar və ya 0,55% artaraq 49,13 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,32 dollar və ya 0,62% artaraq 52,13 dollar olub.

"AzeriLight" markalı neftin 1 barelinin qiyməti 1,24 dollar və ya 2,40% artaraq 52,82 dollar təşkil edib.

Neftin bahalaşması ABŞ-ın Federal Ehtiyat Sistemi (FED) tərəfindən uçot dərəcəsinin artırılması fonunda baş verib. ABŞ Mərkəzi Bankı tərəfindən dollar bahalaşdırılandan sonra dünya bazarında neftin ucuzlaşacağı gözlənilirdi, lakin əks proses baş verdi.

AzVision.az


Teqlər: Neft  





Xəbər lenti