Qəzetlər bu gün yazır...

Qəzetlər bu gün yazır...
  28 Fevral 2013    Oxunub:1833
Gündəm Xəbər


Müxalifətin “vahid namizəd” yubileyi-20 il”

Prezident seçkilərinə 7 ay qalmasına baxmayaraq “vahid namizəd” məsələsi hələ də həll olunmayıb. AXCP və Müsavat İP timsalında birləşmiş görünməyə cəhd edir. Lakin digər partiyalar artıq vahid namizəd ideyasından tam uzaqlaşıblar. “Vahid namizəd” ideyasını bir kənara qoyaraq müxalifət ümidini xarici faktora bağlayıb.

Şeyx və qardaşının ünvanına şok ittiham

Bir qrup Bakı sakini adından Gunxeber.com-a məktub göndərib. Məktub müəllifləri Şeyxülislam Hacı Allahşükür Paşazadə və onun qardaşı, millət vəkili Cavanşir Paşazadənin ünvanına bir sıra ittihamlar irəli sürürlər. «İnsanlar «Təzə Pir»ə ibadət etməyə deyil, ehsan zallarında verilən yemək mərasimlərinə gəlirlər. Biz sakinlər isə maşınlarımızı saxlamağa, uşaqlarımızı məktəbə aparmağa, hətta evlərimizə getməyə belə yol tapa bilmirik. Dəhşətlisi ondadır ki, cümə günləri belə «Təzə Pir» məscidinə ibadətə gələnlərin sayı 15 -20 nəfəri keçmir. Amma ehsana gələnlərə məxsus yüzlərlə maşın QMİ-nin ətrafını sarmaşıq kimi sarıyır. “Təzə Pir”in avtodayanacağı da yalnız millət vəkili və onun qəbuluna gələn şəxslərin bahalı avtomobillərinə xidmət edir. 2012-ci ildə Şeyx axundların 3 aylıq maaşlarını da verməyib. Baxmayaraq ki, Prezident hər il Paşazadəyə QMİ-nin saxlanılması üçün 3 milyon manat pul ayırır. Bu pullarla Paşazadə qardaşları Cənub zonasında otel tikdirirlər. “Təzə pir”in gümbəzinin qızıldan düzəltdirmək üçün prezident 150 kq qızıl verib. Tikintiyə və gümbəzlərin hazırlanmasına isə Cavanşir Paşazadə rəhbərlik edib. Bunlar hamısı bizim gözümüzün qarşısında olub. Amma qısa bir vaxt keçməsinə baxmayaraq gümbəzlər qaralıb, iki dəfə təmir olunub. Gümbəzlər qızıldan düzəldilibsə, niyə qaralsın? Deməli, burada da bir əmma var».


Zerkalo

«Союн Садыков, вы кто такой?»

На днях на страницах информационно-аналитического портала Azerros.ru была опубликована статья под названием “Кое-что об оккупации, или Почему Мубариз Гурбанлы перепутал посольство с диаспорой” российского политического обозревателя Владимира Кругликова. Автор статьи считает, что один из функционеров, мыслящих шаблонами брежневской эпохи, живет в городе Баку. “Это идеолог правящей в Азербайджане партии “Ени Азербайджан” Мубариз Гурбанлы. Он занимает в ней пост заместителя исполнительного секретаря и является также депутатом Милли Меджлиса”, – пишет автор. «Я лично считаю, что Союн Садыков не имеет ни морального, ни политического права выступать в России и, в частности, в Москве от имени азербайджанцев и представлять азербайджанскую национально-культурную автономию»,- заявил М.Гурбанлы. По мнению председателя партии “Ана Вэтэн” Фазаила Агамалы, Мубариз Гурбанлы прав: «“Кто такой Союн Садыков, чтобы говорить от имени азербайджанцев, проживающих на территории России?».


Azadlıq


Dənizə düşən hərbi təyyarənin “qara qutu”su oxunub

Dünən səhər Bakının Qaradağ rayonu yaxınlığında qəzaya uğrayaraq dənizə düşən hərbi helikopterin “qara qutusu” tapılıb.
“Müdafiə Nazirliyinə məxsus hərbi vertolyotun fevralın 11-də qəzaya uğraması ilə bağlı hazırda ekspertizalar keçirilir. Ekspertizanın nəticəsindən asılı olaraq qərar veriləcək”. Bunu Azərbaycanın hərbi prokuroru Xanlar Vəliyev deyib.
X. Vəliyevin sözlərinə görə, vertolyotun “qara qutu”su da artıq oxunub: “Amma “qara qutu”nun oxunması ilə iş bitmir. Hər şey “qara qutu”luq olsa, nə vardı ki? Hazırda istintaq aparılır. Ekspertizanın rəyindən asılı olaraq, hadisənin başvermə səbəbi dəqiq məlum olacaq. Müxtəlif versiyalar olsa da, bunları açıqlaya bilməyəcəyəm. Dəqiq səbəb ekspertizanın nəticəsindən sonra məlum olacaq”.


Unikal


“Xalq diplomatiyası Ermənistanın maraqlarına xidmət edir”

Azərbaycan Milli İstiqlal Partiyasının beynəllxalq məsələlər üzrə katibi Elşən Mustafayev ölkədə baş verən siyasi-sosial problemlərinə münasibət bildirib: “ATƏT-in Minsk Qrupu iyirmi ilə yaxındır ki, Qarabağ münaqişəsinin nazalanması ilə məşğul olur. Həmin problemin yaranmasında Rusiyanın rolu olub, buna görə də məsələnin həllində maraqlı deyil. Bu prosesdə Ermənistanın itirəcəyi bir şey yoxdur, o müharibədən qazancla çıxıb. Buna görə də xalq diplomatiyası Ermənistanın maraqlarına xidmət edir. Bütün bu proseslər bir mərkəzdən idarə edilən əməliyyata bənzəyir. Əkrəm Əylislinin əsərini qabaqcadan hazırlanmış və bizim əleyhimizə olan bir təxribat kimi qiymətləndirirəm; Partiyamızın lideri Etibar Məmmədovun Milyarderlər İttifaqı ilə əlaqəsi olduğu yalandır; Azərbaycan müxalifəti indiki tarixi situasiyanın mahiyyətini dərk eləmir”.




Teqlər:





Xəbər lenti