32 bankın aktivləri 30 milyard manata çatıb

32 bankın aktivləri 30 milyard manata çatıb
  05 May 2017    Oxunub:1497
2017-ci ilin birinci rübünün nəticələrinə əsasən, Azərbaycanda fəaliyyət göstərən 32 bankın cəmi aktivləri 29 mlrd. 980,1 mln. manat, cəmi öhdəlikləri 27 mlrd. 219,9 mln. manat təşkil edib.
Maliyyə Bazarlarına Nəzarət Palatasından (MBNP) AzVision.az-a verilən məlumata görə, sektorun balans kapitalı 2 mlrd. 760,2 mln. manatdır.

Əhalinin əmanətləri 6 mlrd. 889,2 mln. manat həcmindədir.

Bankların filiallarının sayı 561, şöbələrinin sayı 137, ATM-lərin sayı 2 min 471-dir. Bütövlükdə, bank sektorunun işçi heyəti 16 min 312 nəfər təşkil edir.

Maliyyə bazarlarının digər iştirakçıları olan bank olmayan kredit təşkilatlarının (BOKT) sayı 145, o cümlədən kredit ittifaqlarının sayı 97-dir. BOKT-lərin işçi heyəti 2 min 726 nəfər təşkil edir.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Palata   Bank  





Xəbər lenti