Neftin qiyməti 141 dollar olacaq - Proqnoz

Neftin qiyməti 141 dollar olacaq - Proqnoz
  12 May 2017    Oxunub:2340
Dünya birjalarında neftin qiyməti 2040-cı ilə qədər 141 dollar/barrelədək yüksələ bilər.
AzVision.az-ın verdiyi məlumata görə, ABŞ-ın Energetika Nazirliyinin hesabatında deyilir ki, neft tələbatı ən az İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına (OECD) üzv olmayan ölkələrdə və Rusiyada artacaq.

2040-cı ilədək qeyd edilən ölkələrdə neftə tələbat 14 faiz artacaq. Buna səbəb kimi adı çəkilən regionlarda əhalinin sayının azalması və enerji effektivliyinin artması amilləri göstərilir.

AzVision.az


Teqlər: Neft  





Xəbər lenti