ARDNF-nin vəsaitinin xərc istiqamətləri bəlli oldu

ARDNF-nin vəsaitinin xərc istiqamətləri bəlli oldu
  12 May 2017    Oxunub:1290
Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) vəsaitinin xərc istiqamətləri müəyyənləşib.
AzVision.az-ın məlumatına görə, dövlət başçısının imzaladığı fərmana əsasən bu istqamətlərə qaçqınların və məcburi köçkünlərin sosial-məişət və məskunlaşma məsələləri ilə bağlı bəzi tədbirlərin maliyyələşdirilməsi, Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsinə transfert, makroiqtisadi sabitliyin təmin edilməsi məqsədilə Azərbaycan Mərkəzi Bankına transfert, Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihəsinin maliyyələşdirilməsi, Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsinin maliyyələşdirilməsi, 2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramının maliyyələşdirilməsi, Cənub Qaz Dəhlizi layihələrində Azərbaycan Respublikasının iştirak payının maliyyələşdirilməsi daxildir.

AzVision.az


Teqlər: ARDNF  





Xəbər lenti