Con Kerri: “İran nə edəcəyini yaxşı bilir”

Con Kerri: “İran nə edəcəyini yaxşı bilir”
  28 Fevral 2013    Oxunub:1662
“İranla “altılıq” ölkələri arasında Qazaxıstanın Almatı şəhərində keçirilmiş müzakirələr müsbət keçib, ikitərəfli müzakirəyə hazırıq”.
Bunu ABŞ dövlət katibi Con Kerri deyib. O bildirib ki, İranla “altılıq” arasında müzakirələr səmərəli olub: “Əgər rəsmi Tehran ciddi əməkdaşlıq edərsə, kollektiv və davamlı razılığa gəlmək mümkündür”.

C. Kerri deyib ki, İran nə edəcəyini yaxşı bilir: “ABŞ prezidenti də İranın nüvə silahına sahib olmasına mane olmaq üçün lazımi tədbirlər görməkdə ciddidir”.




Teqlər:





Xəbər lenti