Əli Kərimlinin qaynının işi prokurorluqda

Əli Kərimlinin qaynının işi prokurorluqda
  28 Fevral 2013    Oxunub:2013
Yaxın günlərdə cinayət işi üzrə materiallar məhkəməyə göndəriləcək.
“Texnikabank”ın Müşahidə Şurasının sabiq sədri Etibar Əliyev, Yasamal filialının həbsdə olan sabiq müdiri Azər Cəfərli, filialın sabiq müdir müavini Elnur Seyidov və digərlərinin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

APA-nın məlumatına görə, vəkillərin cinayət işinin materialları ilə tanış olması mərhələsi yekunlaşıb və cinayət işinin materialları təsdiq üçün Baş Prokurorluğa göndərilib. Yaxın günlərdə cinayət işi üzrə materiallar baxılmaq üçün məhkəməyə göndəriləcək.

Qeyd edək ki, həmin şəxslər Cinayət Məcəlləsinin 178 (dələduzluq), 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 313 (vəzifə saxtakarlığı), 320 (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, hazırlama, satma və saxta sənədlərdən istifadə etmə) və digər maddələri ilə ittiham olunurlar.

Onu da qeyd edək ki, E. Əliyev bir müddət əvvəl xəstəliyi ilə əlaqədar həbsdən buraxılıb. Onun barəsində başqa yerə getməmə haqqında qətimkan tədbiri seçilib. Təqsirləndirilənlərdən E. Seyidov isə AXCP sədri Əli Kərimlinin qaynıdır.


Teqlər:





Xəbər lenti