Erkin Qədirli: `Londona ancaq məni çağırıblar`
`Mən də mətbuatda yazılanlardan bilirəm ki, Milli Şuranın da Londona səfəri planlaşdırılır`-deyən E.Qədirli bildirib ki, tədbirdə iştirak pulludur.
`Deyə bilmərəm ki, Milli Şuranı dəvət edəcklər, ya Milli Şura pul ödəyəcək, bu haqda məlumatım yoxdur. “Çatam Houz” –un tədbiri sentyabrın 17-də olacaq. Mənim də bildiyim odur ki, yalnız mənə dəvətnamə göndəriblər və saytlarında yerləşdiriblər. 15 dəqiqə seçki ilə bağlı çıxış edəcəm, ondan sonra suallar verilməyə başlayacaq`-deyə E.Qədirli bildirib.
Nihadə EYYUBOVA