Ölkəyə pul gətirilməsi ilə bağlı dəyişiklik

Ölkəyə pul gətirilməsi ilə bağlı dəyişiklik
  07 İyun 2017    Oxunub:1951
“Valyuta tənzimi haqqında” qanuna dəyişiklik edilir.
AzVision.az xəbər verir ki, qanunun 14-1-ci maddəsi yeni redaksiyada təklif olunur.

Dəyişikliyə əsasən, “Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı valyuta sərvətlərinin Azərbaycan Respublikasına gətirilməsi və ya Azərbaycan Respublikasından çıxarılması zamanı cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin izlərini aşkar etdikdə, cinayətin izlərinin qorunması və götürülməsi üçün tədbirlər görməli, əldə olunmuş sənədləri aidiyyəti üzrə cinayət təqibini həyata keçirən orqana göndərməli, habelə bu barədə məlumatı maliyyə monitorinqi orqanına təqdim etməlidir.

Dəyişiklik layihəsi parlamentin iyunun 13-də keçiriləcək növbədənkənar iclasında müzakirə ediləcək.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Milli-Məclis   Qanun   Dəyişklik   Valyuta  





Xəbər lenti