`EL` Milli Şuradan gileyləndi
Z.Quliyev “problemlərdən biri də Müsavat və AXCP-nin sıxıntılı günlərinizdə, Baş Prokurorluğa çağırıldığınız, ifadə verdiyiniz günlərdə sizə dəstək olmaması ola bilərmi” sualına cavabında bunu təsdiqlədi: “Bəli. Bu problemlərin yaranmasında bu məsələnin də təsiri var. EL Hərəkatı iki həftəyə yaxındır ki, təxribatlarla, hücumlarla üz-üzədir. Amma nə bizim müttəfiqlərimiz olan müxalifət partiyalarından, nə də Milli Şura tərəfindən dəstək görmürük”.
Qeyd edək ki, EL-in üzvü Əflan İbrahimov bir neçə həftədir təşkilat üzvlərinə qarşı terror və iğtişaş ittihamları ilə çıxış edir. Eldar Namazov, Köçəri Nağıbəyli prokurorluğa çağırılaraq ifadələri alınıb. Eldəniz Quliyev də bu yaxınlarda prokurorluğa çağırılacaq. (virtualorg)
Teqlər: