Rusiya və Ermənistan prezidentləri Qarabağı müzakirə etdilər
Onların birgə bəyanatında bildirilib ki, “Dağlıq Qarabağ münaqişəsinin yalnız ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə birgə iş formatında, gücdən və güc təhdidindən istifadə etməmə, dövlətlərin ərazi bütövlüyü, xalqların öz müqədəratını təyin etmək hüququ prinsiplərinə əsaslanan dinc vasitələrlə həlli” mümkündür.
Kremlin açıqlamasında daha sonra qeyd edilib ki, “regional sabitliyin və təhlükəsizliyin təmin olunması məqsədi ilə tərəflər hərbi-siyasi və hərbi-texniki sahələrdə əməkdaşlığın daha da möhkəmləndirilməsinə hazırdırlar”.
AzVision.az