“Səfir xatırlasın ki...”-AÇIQLAMA

“Səfir xatırlasın ki...”-AÇIQLAMA
  04 Sentyabr 2013    Oxunub:1241
“ABŞ-ın Azərbaycanda keçmiş səfiri Riçard Kozlariç ölkəmizlə bağlı son müsahibələrini verərkən ilk əvvəl Bakıdakı diplomatik misisyasını nə üçün yarımçıq qoyaraq tələsik çıxıb getməsini xatırlasa yaxşı olar”.
AzVİsion.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı, uzun müddət - Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasına rəhbərlik etmiş Fuad Muradov eks-səfirin Azərbaycanla bağlı tənqidlərini şərh edərkən deyib.

Deputatın sözlərinə görə, keçmiş səfirin bu günlərdə KİV-ə verdiyi müsahibələrində Azərbaycanda demokratiya, insan haqları və xüsusi vurğuladığı dini etiqad azadlığı sahəsində guya üzləşdiyi problemlər barədə fikirləri yer alıb.

F. Muradov deyib ki, R. Kozlariçin dini etiqad azadlığı barədə dedikləri onun xüsusi niyyətindən xəbər verir və bunun uzun tarixi var. Belə ki, 90 -ci illərdə Bakıda geniş vüsət almağa başlamış yad və zərərli missioner təriqətlərinin Azərbaycana gəlməsində ABŞ-ın o zamankı səfiri Riçard Kozlariçin xüsusi rolu olub.

“Eks -səfirin son müsahibəsindən sonra bir sıra məqamlara aydınlıq gətirmək və keçənləri yada salmaq istədim. Gənclər Şurası 1996-cı ildə bir qrup gəncdən müraciət almışıdı. Həmin müraciətdə deyilirdi ki, şəhərin bir neçə yerində xarici ölkərlərdən gəlmiş böyük missioner qruplar yığışır və gənclər arasında zərərli təbliğat aparırlar. Bəlli oldu ki, xüsusi himayə ilə şəhərdə iş aparan əcnəbi missioner təşkilatları və bu sırada fəallıq göstərən “Həyatverici Lütf” adlanan qeyri-ənənvi təriqət zərərli ideyaları təbliğ etməklə məşğuldurlar.Biz öyrəndik ki, ABŞ-ın Azərbaycandakı fövqaladə və səlahiyyətli səfiri Riçard Kozlariç birbaşa bu təşkilatları himayə edir”-deyə deputat vurğulayıb.

F. Muradovun sözlərinə görə, missioner təşkilatlar azərbaycanlı gənclər arasında açıq təbliğat apararaq ermənilərlə vuruşmamağa çağırır və işğal olunmuş torpaqlarımızdan əl çəkməyi təlqin edirdilər. Bu başabəla missonerlər durmadan deyirdilər ki, “torpağın kimdə olmasının heç bir əhəmiyyəti yoxdur”. Gənclər Şurası daha sonra digər faktları üzə çıxarıb. Kozlariçin bu “din xeyirxahları” Bakıda islam dinini təhqir edən kitablar da çap edib yaymışdılar. “İslamda allah” adlanan bu cızma-qarada müqəddəs kitabımız “Quran” təhqir edilir və “İblis nağılları” adlandırılırdı.

Gənclərin araşdırmasından həyəacana düşən səfir Kozlariç bır sıra dövlət qurumlarının rəhbərləri ilə görüşür və dövlət rəsmilərindən Şuraya təzyiq edərək gəncləri bu araşdırmanı dayandırmağı xahiş edib.

“Kozlariç ölkənin ictimai-siyasi həyatında hərc-mərclik, xaos yaratmaq niyyəti güdürdü.

Səfirin qanunazidd əməlləri o zaman KİV- də ciddi müzakiərə olunurdu. Azərbaycanın daxili işlərinə kobud müdaxilə edən missioner təşkilatlarına açıq dəstək verən səfirin fəaliyyəti böyük problemə çevrilirdi. Odur ki, o zaman Kozlariç tez-tələsik çıxıb getməyə məcbur oldu. Bunlar real faktlardır”.

Deputatın fikrincə, Azərbaycanda son illərdə nail olduğu sosial-iqtisadi uğurlar, sabit cəmiyyət xaricdəki bir sıra dairələr tərəfindən qısqanclıqla qarşılanır. Xüsusən ən həsass nöqtə olan din faktorundan istifadə cəhdləri belələrinin uzağa gedən idbar niyyətlərindən xəbər verir.

“Kozlariç uzun illərdən sonra yenə gündəmə gəlib. Hesab edirəm ki, özünün xüsusi niyyəti var. Görünür missoner təşkilatlar yenə aktivləşib. Kozlariçin belə fəallaşması onun beynindəki “yeni ideyaları” ilə bağlıdır. Keçmiş səfirin “dini etiqad azadlığının qorunması” barədə çaldığı “bayatılar”ın əsas konsepsiyasında bu dayanır. Əgər bir səfir dini azadlıq” anlayışını belə anarxiya və xaos yaratmaq kimi düşünürsə deməli onun demokratiya ilə bağlı mövqeyi də belə qusurludur”-deyən F.Muradovun sözlərinə görə, Azərbaycanda gözlənilən seçkilər bağlı prosedur çox şəffafdıır və istənilən şəxsin öz namizədlik arzusunu MSK-da reallaşdırmaq imkanı var. Dini etiqad məsələsinə gəlincə, Azərbaycan tolerant ölkə kimi dünyada ən nümunəvi ölkə hesab olunur. Ölkədə kilsələrin, sinaqoqların, dini ibadətlərin aparıldığı yerlərin sayı regionun digər ölkələri ilə müqayisədə dəfələrlə çoxdur.

“Kiminsə şəxsi prizması Azərbaycan-ABŞ münasibətlətinə heç bir kölgə sala bilməz. İki dövlət arasında əməkdaşlıq yüksək səviyydədir. Bu yaxınlarda Azərbaycanla ABŞ arasında yeni strateji layihələrin həyata keçirilməsi planlaşdırılır. Bu ölkələrimiz arasında olan yüksək səviyyəli münasibətlərin daha bir nümayişi olacaq”.


Teqlər:  





Xəbər lenti