Rəsmi İrəvan: `Putin bizə təsir etməyib`

Rəsmi İrəvan: `Putin bizə təsir etməyib`
  05 Sentyabr 2013    Oxunub:1095
Ermənistanın Prezident Administrasiyasının rəhbəri Vigen Sarkisyan Rusiyanın Ermənistana Gömrük İttifaqına qoşulmaqla bağlı təzyiq etməsi barədə iddiları təkzib edib.
AzVision.az xəbər verir ki, bu barədə V.Sarkisyan “Azadlıq” radiosunun erməni redaksiyasına müsahibəsində deyib.

“Hər kəsi əmin edirəm ki, Ermənistanın ultimatum və şərt dili ilə danışan müttəfiqi yoxdur. Ermənistan Gömrük İttifaqının formalaşması prosesinin əvvəlindən açıq və dəqiq şəkildə bu prosesdə iştirakda maraqlı olub. O zaman bildirildi ki, ümumi sərhədin yoxluğu bu yolda ciddi maneədir. İşgüzar səviyyədə ekspert qrupları yaradıldı və bu məsələnin həllinin axtarışı üzərində işlənildi”.

Vigen Sarkisyan bəyan edib ki, Gömrük İttifaqına qoşulmaq qərarı Ermənistanın və erməni xalqının maraqlarına uyğun qəbul edilib.


Teqlər:





Xəbər lenti