Rusiya dünyanın gözündən düşüb

Rusiya dünyanın gözündən düşüb
  05 Sentyabr 2013    Oxunub:1192
Rusiya bütün dünyada nüfuzunu itirib: Dövlət Duması bunu digər ölkələrlə Rusiyanın milli dəyərləri arasındakı fərqlə izah edir.

Sosioloqlar Böyük İyirmilik sammiti öncəsi Rusiyanın dünyada nüfuzunun hansı səviyyədə olduğunu öyrəniblər. Bunun üçün 38 ölkədə “Rusiyaya məhəbbət”sorğusu keçirilib. Nəticələr Duma üçün elə də ürəkaçan olmayıb: ümumilikdə sorğuda iştirak edənlərin 39 % Rusiyanın əleyhinə, 36 %-i isə lehinə çıxış ediblər.

Rusiyanı ən çox sevməyənlər İsrail(77% əleyhinə), İordaniya (70%), Türkiyə(66%), Fransa, Yaponiya və Misirdir( hər biri 66%). Amerikalılar arasında Rusiyanı sevməyənlər 43%, almanlar arasında 60%, italiyalılar arasında 56%, polşalılar arasında isə 54% təşkil edir.

Ruiyaya qarşı pozitiv münasibət isə daha çox Yunanıstan(63% lehinə) və Cənubi Koreyada(53% lehinə) müşahidə olunur. Çinlilərin də Rusiyanı sevdiyi bəlli olub. Belə ki, sorğuda iştrak edənlərin 49% qonşu ölkəyə qarşı məhəbbət bəsləyir. Lakin sevməyənlər də az deyil, 39% çinli Rusiyanı bəyənmir.

Yekun nəticə olaraq Rusiyanın dünyada nüfuzunu itirdiyi bəlli olub.

Rusiya Dövlət Duması bunu milli dəyərlərlə bağlayır. Belə ki, son zamanlar Qərb ölkələrindən fərqli olaraq, Rusiyada cinsi azlıqlara qarşı tənqidi münasibət mövcuddur. Suriya ilə bağlı fikir ayrılıqları da Rusiyanı gözdən salan səbəblərdəndir.

Səbinə Həsənova
AzVision.az



Teqlər:  





Xəbər lenti