`Rusiya Ukraynanı şirnikləndirmək üçün Ermənistandan istifadə edir`

`Rusiya Ukraynanı şirnikləndirmək üçün Ermənistandan istifadə edir`
  06 Sentyabr 2013    Oxunub:1378
Ermənistan Gömrük İttifaqına (Gİ) qoşulduqdan sonra qazı ucuz qiymətə alacaq.
AzVision.az erməni mətbuatına istinadən xəbər verir ki, bu barədə Ukraynanın Beynəlxalq Bleyzer Fondunun icraçı direktoru Oleq Ustenko bildirib.

“Ermənistanın Gömrük İttifaqına qoşulması ona sərfəlidir. Ölkə Rusiya ilə danışıqlar aparır və bildiyimə görə, Rusiya Ermənistan əhalisi üçün qaz tariflərinə endirim nəzərdə tutub” – Ustenko vurğulayıb.

Ekspertin sözlərinə görə, Ermənistan Gömrük İttifaqına qoşulduqdan sonra iqtisadi effekt cüzi olacaq, çünki onun Gİ ölkələrinin heç biri ilə ümumi sərhədi yoxdur.

Ustenko xatırladıb ki, bu ilin mayında "Qazprom" Ermənistan üçün min kub metr qazın qiymətini 190-dan 270 dollaradək qaldırmışdı. Buna görə dövlət qaz tariflərini 15 % qaldırmağa məcbur olmuşdu.

"Ermənistan ətrafında bütün bu oyunlar ona görə baş verir ki, Ukrayna Avropa Birliyi ilə saziş bağlamağa çox yaxındır. Rusiya isə Ukraynaya Gİ-yə daxil olmağın necə sərfəli olduğunu sübut etmək üçün öz büdcəsindən Ermənistana kompensasiya ödəməyə hazırdır" - Ustenko əlavə edib.

AzVision.az


Teqlər:  





Xəbər lenti