Rusiya Suriyaya görə MAQATE-yə müraciət etdi

Rusiya Suriyaya görə MAQATE-yə müraciət etdi
  06 Sentyabr 2013    Oxunub:1089
Rusiya Atom Enerjisi üzrə Beynəlxalq Agentlikdən Amerikanın Suriyaya zərbəsinə görə nüvə risklərini təhlil etməyi xahiş edib.
AzVision.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin Ümumavropa Əməkdaşlığı departamentinin direktoru Vladimir Voronkov bildirib ki, MAQATE-yə rəsmi müraciət göndərilib. Təşkilata üzv olan digər ölkələrin daimi nümayəndələri isə məktub vasitəsilə xəbərdar ediliblər.

Müraciət ABŞ-ın Dəməşq yaxınlığında yerləşən “mini-reaktor”unun zərbəsindən sonra Suriyada yaranacaq mümkün nəticələrə aiddir. Qeyd edək ki, sentyabrın 4-də Rusiya Xarici İşlər Nazirliyi bildirmişdi ki, Qərb ölkələrinin Suriyada hərbi əməliyyatı regional nüvə təhlükəsizliyinə xələl gətirə bilər.

AzVision.az


Teqlər:  





Xəbər lenti