Nazirliyə müraciət edənlərin sayı artıb

Nazirliyə müraciət edənlərin sayı artıb
  10 İyul 2017    Oxunub:1243
2017-ci ilin I yarısı ərzində vergi orqanlarına 50902 müraciət daxil olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,7% çoxdur.
Nazirlikdən AzVision.az-a verilən məlumata görə, müraciətlərdən 94,8%-i ərizə, 5%-i şikayət, 0,2%-i təklif olub. Müraciətlərin 41,1%-i müxtəlif arayışların alınması, 28,6%-i kameral vergi yoxlamaları, 11,2%-i vergi borcları, 2,6%-i vergi qanunvericiliyinin tətbiqi, 2,5% vergidən yayınma, nağd hesablaşmaların aparılması qaydalarının pozulması, qanunsuz sahibkarlıq fəaliyyəti, 1,9%-i səyyar vergi yoxlamaları, qalanları isə digər məsələlərlə bağlı olub.

Bütün müraciətlərə vaxtında baxılıb, onların 72,9 %-i müsbət həll olunub. Hesabat dövründə vergi orqanlarında ümumilikdə 2003 vətəndaş qəbul edilərək, onlara qanunvericilik çərçivəsində lazımi köməklik göstərilib və ya müvafiq izahatlar verilib.

AzVision.az


Teqlər: Vergilər-Nazirliyi  





Xəbər lenti