Papa Suriya ilə bağlı Putinə məktub göndərib

Papa Suriya ilə bağlı Putinə məktub göndərib
  06 Sentyabr 2013    Oxunub:1427
Roma papası Fransisk Rusiya prezidenti Vladimir Putinə məktub yazıb.
AzVision.az qərb mətbuatına istinadən xəbər verir ki, papa yazdığı məktubda Putini Suriyada qanlı qırğına yol verməməyə və məsələni həll etməyə çağırıb. Müraciətində pontifik qeyd edib ki, “dünya liderləri bu məsələdə sakit qala bilməzlər”.

Bundan başqa, papanın mətbuat xidmətinin rəhbəri, papanın Suriya prezidenti Bəşər Əsədlə telefon danışığı olması barədə KİV-də yayılan informasiyanı təkzib edib.

AzVision.az


Teqlər:





Xəbər lenti