Əli Əhmədovun parta yoldaşı: `Gedişinə çox sevindim`

Əli Əhmədovun parta yoldaşı: `Gedişinə çox sevindim`
  24 Oktyabr 2013    Oxunub:1464
“Səmimi, əqidəli, savadlı, işgüzar insandır”.
Yeni Azərbaycan Partiyasının sədr müavini Əli Əhmədovla Milli Məclisdə eyni masa arxasında əyləşən Musa Quliyev həmkarının Baş nazirin müavini vəzifəsinə təyin olunmasına münasibət bildirib. Deputat Azvision.az saytına açıqlamasında Əli Əhmədovun vəzifəyə çəkilməsinə sevindiyini bildirib.

`Əli müəllimə cənab prezident daha böyük etimad göstərib, böyük vəzifəyə gətirdi. Ona işində uğurlar arzulayıram, Əli Əhmədov həm də partiyamızın rəhbərlərindən biridir. Səmimi, əqidəli, savadlı, işgüzar insandır`.

M.Quliyev Əli Əhmədovun gedişindən sonra parlamentdə tək oturacağını deyib. “Heç kimlə oturmayacam. Vacibdir ki, kimləsə oturum?”.

Qeyd edək ki, prezident İlham Əliyevin 22 oktyabr tarixdə imzaladığı sərəncamla YAP sədrinin müavini-icra katibi Əli Əhmədov Baş nazirin müavini vəzifəsinə təyin edilib. 2005-ci ildə deputat seçilən Əli Əhmədov bu səbəbdən də deputatlıq postu ilə vidalaşmalı olacaq.

Nihadə Eyyubova



Teqlər:  





Xəbər lenti