Abşeron rayonu sabah susuz qalacaq

Abşeron rayonu sabah susuz qalacaq
  24 Oktyabr 2013    Oxunub:1133
“Azərsu” ASC abunəçilərdən üzr istəyir.
“Azərsu” ASC-nin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, Abşeron rayonu Novxanı qəsəbəsindən keçən magistral su xəttində yenidənqurma işlərinin aparılması ilə əlaqədar 25 oktyabr 2013-cü il tarixdə gün ərzində Saray, Novxanı, Mehdiabad, Goradil və Fatmayı qəsəbələrinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abunəçilərdən üzr istəyir.

AzVision.az


Teqlər:





Xəbər lenti