Əvəz Temirxan Milli Şuranı topa tutdu

Əvəz Temirxan Milli Şuranı topa tutdu
  24 Oktyabr 2013    Oxunub:1323
Azərbaycan Liberal Partiyasının sədri Əvəz Temirxan rəhbəri olduğu partiyanın Milli Şuradan istefa verməsinin səbəblərini AzVision.az-a açıqlayıb.
Ə.Temirxan indiyədək Milli Şurada Rüstəm İbrahimbəyov və Cəmil Həsənli görə qaldıqlarını bildirib.

“Milli Şura yarananda əvvəl birlik var idi. Amma sonradan fikir ayrılıqları yaranmağa başladı. İstər-istəməz bu ayrıseçkilik mübarizə əzmimizi qırdı. Biz Milli Şura, Rüstəm İbrahimbəyov və Cəmil Həsənlinin naminə çox şeyə susurduq. Milli Şurada və mətbuatda bununla bağlı müzakirə etmirdik. Amma vəziyyət o həddə çatdı ki, artıq Lalə Şövkətə qarşı Milli Şuranın tərkibində bəzi qüvvələr tərəfindən yersiz, qərəzli həmlələr başladı. Orada düşmənçilik ab-havası yaranmağa başladı. Buna görə də Lalə Şövkət Milli Şuranın tərkibindən istefa verdi.

Bundan sonra da biz hər hansısa müzakirələrə getmirdik ki, Cəmil bəyin seçki kampaniyasına zərər verməyək. Amma onlar əl çəkmədilər, bizə qarşı qara piar kampaniyası başladılar”-deyə ALP sədri vurğulayıb.

Ə. Temirxan deyib ki, Lalə Şövkətin istefasından sonra onun arxasınca qara piar kampaniyasının başlayacağını əvvəlcədən bilirmiş:

”Partiyamızın adından təklif etdim ki, iki ay bundan öncə istefa vermiş Lalə Şövkətin istefası müzakirə olunmadan təsdiq olunsun. Bilirdim ki, bunun arxasınca qara piar kampaniyası başlayacaq. Hesab edirəm ki, Milli Şura doğru yol tutmadı. Düzgün seçim etmədi. Milli Şura dedi ki, bu məsələ müzakirə olunmalıdır. Daha sonra kompromis variant təklif etdim ki, o zaman adlar çəkilmədən say tərkibinin 124-ə endirilməsi haqqında qərar qəbul edilsin.

Təssüf ki, bu da qəbul edilməyəndə Liberal Partiyanın adından bəyanat verib çıxmağa məcbur oldum. Oradakı daxili düşmənçiliyə bəlkə bizim gedişimiz son qoydu.
Milli Şuradakı qalmaqalın əsas səbəbkarını bütün Azərbaycan bilir. Həmçinin müxalifət daxilində müəyyən qüvvələr var ki, onu birləşməyə qoymurlar”.

Nihadə Eyyubova


Teqlər:  





Xəbər lenti