"USA-today" Azərbaycan inkişafından yazdı
Xüsusi buraxılış İslam Əməkdaşlıq Təşkilatının üzv dövlətləri olan Azərbaycan, Sudan, Səudiyyə Ərəbistanı və Küveytin dəstəyi sayəsində ərsəyə gəlib. Buraxılışda "Sülh üçün qurulmuş körpülər", "Müsəlman dünyasının səsi", "Birlikdə çalışmağın üstünlükləri", "Sudan ərzaq təhlükəsizliyini dəstəkləməyə hazırdır" başlıqlı məqalələr öz əksini tapıb. Azərbaycan haqqında isə "Azərbaycanda işsizliyin aradan qaldırılması üçün görülən tədbirlər" başlıqlı məqalə dərc edilib.
Məqalədə Azərbaycanda gənclər arasında işsizlik səviyyəsinin 2010-cu ildə 18,4%-dən 11%-ə qədər azalması, bu göstəricinin 2012-ci ildə 5,4%-ə qədər azalması və 2013-cü ildə daha da enməyə doğru getməsi xüsusilə qeyd edilib.
Məqalədə, həmçinin İƏT-in Əmək Nazirlərinin II İslam Konfransının bu ilin aprel ayında Bakıda keçirilməsi haqqında məlumat verilərək, konfransın gündəliyində duran əsas mövzunun işsizliyin aradan qaldırılması olduğu bildirilib.
Məqalədə son illərdə Azərbaycanın sosial-iqtisadi sahədə əldə etdiyi nailiyyətlərin, xüsusilə gənclər arasında işsizliyin aradan qaldırılması təcrübəsinin bütün İslam dünyası ölkələri üçün nümunə olduğu vurğulanıb.
Teqlər: