Əli Əhmədovun yerinə seçki keçirilməyəcək - Politoloq
Qanunvericiliyə görə, belə məqamda növbədənkənar seçkilər keçirilməlidir. Bəs, Azərbaycanda növbəti parlament seçkiləri keçirilə bilərmi?
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu AzVision.z-az-a açıqlamasında növbəti seçkilərin keçirilməsinə ehtiyac olmadığını deyib.
Politoloq bildirib ki, istənilən vətəndaş deputatlığa öz namizədliyini irəli sürə bilər. Amma 2015 - ci ildə növbəti parlament seçkisinin keçiriləcəyini nəzərə alsaq hər hansısa bir şəxsin riskə gedərək, bu seçkiyə qatılmasını gözləmək bir az çətin olar.
“Düşünürəm ki, hər halda bu yerlər seçkinin sonuna kimi boş qala bilər. Çünki böyük maliyyə xərci ilə kiminsə iki il üçün seçkiyə qatılacağına inanmıram. Buna görə də mən bu qısa müddət üçün ehtiyac görmürəm”- deyə E. Şahinoğlu şərh edib.
Qeyd edək ki, Milli Məclisdə boş qalan yerlərdən biri Gülər Əhmədovaya, digəri Əli Əhmədov və nəhayət mərhum deputat Hikmət Atayevə məxsusdur.
Şəhanə Rəhimli