Aynur Camalqızının qəzetində dava: xanım jurnalisti döydülər

Aynur Camalqızının qəzetində dava: xanım jurnalisti döydülər
  25 Oktyabr 2013    Oxunub:1503
“Gündəlik teleqraf” qəzetinin redaksiyasında dava olub. AzVision.az xəbər verir ki, bu barədə qəzetin baş redaktoru Aynur Camalqızı öz facebook sosial şəbəkəsində yazıb.
O, redaksiyada dava salan şəxslərin adını çəkməsə də onların cəzalandırılacağını bildirib:

“Evdə arvadını döyə bilməyən gəlib mənim ofisimdə qadına əl qaldırır. Bunun cavabını necə lazımdı verəcək. Kişilik nədir, hələ gedin öyrənin, sonra yumruq atmaq istəyin. Şərəfsizliyin kubudur bu. Güzəşt olmayacaq...”-deyə, baş redaktor qeyd edib.

Qəzetin bəzi əməkdaşları ilə əlaqə saxlasaq da onlar redaksiyada baş verən hadisədən xəbərsiz olduqlarını bildiriblər.

Mətbuatda gedən məlumata görə isə, hələlik kimiliyi açıqlanmayan xanım jurnalistii döyən şəxsin hüquqşünas Mehman Muradlı olduğu ehtimal edilir.

Saytımıza bu barədə açıqlama verən M.Muradlı bunu qəti şəkildə təkzib edərək, belə bir şeyin olmadığını bldirdi.

PS: Məsələ ilə bağlı daha geniş məlumat verməyə çalışacağıq


Teqlər:  





Xəbər lenti