Zakir Həsənov generalı işdən çıxardı
“Dünəndən etibarən üç idarənin işinə nazirliyin Tərbiyəvi işlər İdarəsinin rəisi, general-mayor Vaqif Məmmədov rəhbərlik edəcək. Müdafiə Nazirliyində adı rüşvət və korrupsiya hallarında hallanan, bu yaxınlarda cəzaçəkmə müəssələrindən birindən Prezidentə açıq müraciətdə adı çəkilən nazirliyin Büdcəyə nəzarət və maliyyə İdarəsinin rəisi, polkovnik Elçin Mehdiyev tutduğu vəzifədən azad edilərək cəbhə bölgəsindəki hərbi hissələrdən birinə təyin edilib. Mühəndis istehkam xidmətinin rəisi, polkovnik Mehman Qədiməliyev Bərdə hərbi birləşməsinə aşağı vəzifəyə təyin edilib.
Nazir, general-polkovnik Zakir Həsənovun dünənki qərarları Müdafiə Nazirliyində şok effekti yaradıb. Bəzi şəxslərin səhhətində ciddi problemlər yaranıb”-deyə, Ü.Cəfərov əlavə edib.