Xəbər verdiyimiz kimi, oktyabrın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də toplantıda iştirak etmək üçün Minskə yola düşüb.
Bir müddət əvvəl, Qırğızıstan prezidenti Almazbek Atambayevin Minsk sammitində iştirak etməyəcəyi bildirilmişdi. Buna görə də Ali Avrasiya İqtisadi Şurası və MDB Dövlət Başçıları Şurasının iclaslarında Qırğızıstanı baş nazirin birinci müavini Comərd Otorbayev təmsil edəcək. Prezidentin sammitdə iştirak etməməsinin səbəbləri açıqlanmır.
Qeyd edək ki, sammit çərçivəsində Avrasiya İqtisadi Birliyi Müqaviləsi layihəsi üzrə iş və quruma inteqrasiya məsələləri müzakirə ediləcək. Bundan əlavə, narkotik vasitələrin və psixotrop maddələrin keçirilməsinə Gömrük İttifaqında nəzarət üzrə "Rəqabət haqqında" adlı model qanun, Avrasiya İqtisadi Komissiyasının büdcəsi ilə bağlı məsələlər və digər mövzular da sammitin gündəmində olacaq.
Səbinə Həsənova
AzVision.az