Müsavat Lalə Şövkətə hədə-qorxu gəldi

Müsavat Lalə Şövkətə hədə-qorxu gəldi
  25 Oktyabr 2013    Oxunub:1329
“Əlimizdə onları ifşa edəcək faktlar var”
Müsavat Partiyası Milli Şuradan istefa verən ALP sədri Əvəz Temirxanın ittihamlarına cavab verib. Müsavat başqanının müavini Gülağa Aslanlı AzVision.az-a açıqlamasında Ə.Temirxanın fikirlərinin yersiz olduğunu bildirərək əllərində ALP-ni ifşa edəcək faktların olduğunu deyib:

“Lalə Şövkət deyir ki, müxalifətdə olanların heç biri Heydər Əliyevlə müqayisə oluna bilməz. Bu da onların hansı tərəfdə olduğunu göstərir. Ona görə də müxalifətin birliyinə maneəçilik törətməsinlər. Onlar haqqında da bizdə kifayət qədər məlumatlar var. Müsavat haqqında şər-böhtan söyləyənlər özləri haqqında həqiqətləri eşidəcəklər”.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti