Baş Prokurorluqda iş axtaranların nəzərinə
qulluğa qəbulla əlaqədar sənəd qəbulunun müddəti uzadılıb.
Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyularaq bu gün də uğurla davam etdirilən şəffaf və obyektiv meyarlar əsasında müsabiqə yolu ilə qulluğa qəbulun keçirilməsi prokurorluq orqanlarının kadr heyətinin mütəmadi olaraq, yüksək hazırlıqlı, zəruri peşə keyfiyyətlərinə və zəngin dünyagörüşünə malik gənc mütəxəssislər hesabına komplektləşdirilməsinə şərait yaratmış, yeni nəsil prokurorluq işçilərinin formalaşmasında mühüm vasitə olub.
Prokurorluq orqanlarında işləməyi arzu edən və qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab verən gənc hüquqşünaslar Baş Prokurorluğa müraciət edərək zəruri sənədləri təqdim etməklə müsabiqədə iştirak edə bilərlər.
Sənədlərin qəbulu başa çatdıqdan sonra test imtahanının tarixi, imtahan suallarının hazırlanmasında istifadə edilmiş normativ hüquqi aktların siyahısı və digər məsələlər barədə kütləvi informasiya vasitələrində, Baş Prokurorluğun internet səhifəsində və Qəbul otağında yerləşdirilmiş lövhədə əlavə məlumat veriləcək.
Müsabiqə ilə bağlı prokurorluğun internet səhifəsindən (www.prokurorluq.gov.az, www.genprosecutor.gov.az) və 437-28-56, 492-63-62, 492-74-32 nömrəli telefonlar vasitəsi ilə müvafiq məlumat əldə etmək olar.