Elnur Kələntərli işdən çıxdığını TƏKZİB etdi

Elnur Kələntərli işdən çıxdığını TƏKZİB etdi
  25 Oktyabr 2013    Oxunub:4446
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparat rəhbəri Elnur Kələntərli işdən çıxarılması ilə bağlı yayılan xəbərləri təkzib edib.

AzVision.az-a açıqlamasında nazirlik rəsmisi hazırda iş başında olduğunu, narahatçılığa əsas olmadığını deyib:

“Bütün bu deyilənlər şayiə və yalandır. İşdən çıxmamışam. Hazırda öz işimdəyəm. Nazirlikdə işimi davam etdirirəm. İş başındayam”.

Xatırladaq ki, bu gün mətbuatda Elnur Kələntərlinin işdən çıxarılması haqda bir sıra məlumatlar yayılıb.

Nihadə Eyyubova


Teqlər:  





Xəbər lenti