“ANS” və “Xəzər”ə 6 il vaxt verildi

“ANS” və “Xəzər”ə 6 il vaxt verildi
  25 Oktyabr 2013    Oxunub:1071
Milli Televiziya və Radio Şurasının bu gün keçirilən iclasında “ANS” Müstəqil Yayım və Media Şirkətinin və “Xəzər TV” MMC-nin televiziya, radio və əlavə informasiya yayımı üçün xüsusi razılıq (lisenziya) müddətinin uzadılması barədə müraciətlərinə baxılıb.
AzVision.az xəbər verir ki, iclasda adı çəkilən televiziyaların televiziya, radio və əlavə informasiya yayımı üçün xüsusi razılıq (lisenziya) müddətinin daha 6 il uzadılması barədə qərar qəbul edilib.

Fatimə Kərimli


Teqlər:





Xəbər lenti