Səttar Mehbalıyevin oğluna vəzifə verildi

Səttar Mehbalıyevin oğluna vəzifə verildi
  26 Oktyabr 2013    Oxunub:3459
Bakının yeni yaradılan rayonunda millət vəkilinin oğlu polis rəisi təyin edilib.
AzVision.az apa-ya istinadən xəbər verir ki, Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Bölməsi Pirallahı Rayon Polis Şöbəsi statusu alıb.

Keçmiş bölmə rəisi İsfəndiyar Mehbalıyev də Pirallahı Rayon Polis Şöbəsinin rəisi təyin edilib.

Xatırladaq ki, Bakının 12-ci rayonu sayılan Pirallahı rayonu 2012-ci ilin dekabrında yaradılıb.

İ. Mehbalıyev Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, millət vəkili Səttar Mehbalıyevin oğludur.

İsfəndiyar Mehbalıyev bundan öncə Xətai rayon 34-cü polis bölməsinin rəisi vəzifəsində çalışıb.


Teqlər:





Xəbər lenti