Müsavatda İsa Qəmbərin başqanlıq “davası”

Müsavatda  İsa Qəmbərin başqanlıq “davası”
  28 Oktyabr 2013    Oxunub:976
İsa Qəmbərin başqanlıqdan getməsi Müsavat partiyasında fikir ayrılığı yaradıb. Partiyada bir qrup İsa Qəmbərin postunda qalmasını istəsə də başqanı yola salmağa hazırlaşanlar da az deyil.
Ötən həftə mətbuata açıqlamasında partiyanın gənc funksioneri Tural Abbaslı İsa Qəmbərin başqanlıqdan getmək niyyətində olduğunu deyib.

Müsavatçı İsa Qəmbərin Nizamnaməyə uyğun olaraq başqanlıqdan getməli olduğunu bildirib.

Partiyanın başqan müavini Gülağa Aslanlı isə AzVision.az-a açıqlamasında Tural Abbaslını təkzib edərək İsa Qəmbərin başqanlıqdan getməsinin şayiə olduğunu qeyd edib.

“Müsavatda İsa Qəmbərin başqanlıqdan istefa verməsi ilə bağlı heç bir fikir ayrılığı yoxdur. Ümumiyyətlə bu məsələ partiyada müzakirə olunmur. Bu kimin beyninin məhsuludur mənim xəbərim yoxdur. Qurultay keçiriləcəksə, İsa Qəmbər niyə istefa verməlidir? Qurultay üçün bizə yer versinlər, hər şey nizamnamə çərçivəsində olacaq”.

Partiya sədrliyinə namizədliyə gəlincə isə G.Aslanlı vurğulayıb ki, kimin namizəd olacağı hələ məlum deyil. Hazırda prioritet məsələ partiyanın qurultayı üçün yer ayrılmasıdır.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti