Qardaşı Gülər Əhmədovanın məhkəməsinə getmədi

Qardaşı Gülər Əhmədovanın məhkəməsinə getmədi
  28 Oktyabr 2013    Oxunub:1593
Hazırda Bakı Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmədə sabiq deputat Gülər Əhmədovanın məhkəməsi keçirilir.
Məhkəmə saat 10.30-da başlayıb. AzVision.az-ın məlumatına görə, eks-deputat Gülər Əhmədovanın qardaşı, tanınmış teleaparıcı İlqar Mikayıloğlu məhkəməsinə getməyib. İlqar Mikayıloğlunun efirdə olduğu üçün məhkəməyə getmədiyi bildirilib.

Qeyd edək ki, Əhmədova Gülər Mikayıl qızı Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) və 307.2-ci (cinayət barəsində xəbər verməmə və ya qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilir.

Nihadə Eyyubova


Teqlər:





Xəbər lenti