Fərari əsgəri kim yaralayıb?
Müdafiə Nazirliyinin mətbuat xidmətindən hadisə münasibət öyrənmək mümkün olmayıb.
Qeyd edək ki, Müdafiə Nazirliyinin Tovuz rayonundakı “N” saylı hərbi hissənin əsgəri, 19 yaşlı Cəmil Elxan oğlu Hüseynzadə oktyabrın 26-da xidməti silahını da götürərək hərbi hissəni özbaşına tərk edib.
Hadisədən dərhal sonra əməliyyat qrupu yaradılıb və hüquq-mühafizə orqanları məlumatlandırılıb. Əsgərin axtarışlarına polis qüvvələri də cəlb edilib. Tovuz və Ağstafa rayonlarında polis postları qurulub.
Qeyd edək ki, C. Hüseynzadə Lənkəran rayonundan həqiqi hərbi xidmətə çağırılıb.(apa)