Lalə Şövkətin partiyasından Müsavata xəbərdarlıq
ALP sədri Müsavat funksionerlərinin ittihamlarını cavablandırmağa hazır olduğunu deyib:
“Biz Milli Şuradan istefa verəndə konkret ad çəkməmişik. Bizim istefamız üçün çox ciddi səbəb olub. Buna baxmayaraq mən yenə də obyektiv cavab vermişəm. Biz bu ittihamalara son qoymağa çağırırıq və Milli Şuraya uğur diləyirik. Milli Şuranın öz daxilində demorkatik prinsiplərə əməl edilsə, səmimiyyət olsa, cəlbedicilik təmin edən prinsip üzərində fəaliyyət göstərsə, uğur qazanar”.
Partiya sədri onu da qeyd edib ki, o, qarşıdurma tərfədarı deyil: “Eləcə də partiyamız qalmaqal istəmir. Qarşı tərəfə maraqlıdırsa, buyurub ittihamları səsləndirsin, biz cavab verməyə hazırıq”.
Qeyd edək ki, Müsavat başqanının müavini Gülağa Aslanlı Azvision.az-a açıqlamasında ALP ilə bağlı əllərində ciddi materialların olduğunu bildirmişdi.
Fatimə Kərimli