Səlim Müslümovu müavinləri əvəz edir
“DSMf-nin fəaliyyətində hər hansı bir axsama yoxdur. Hələlik Səlim müəllimin vəzifələsini müavinləri yerinə yetirir. Sədrin yerinə nə vaxt, kimin gətirələci barədə xəbər yoxdur. Biz öz fəaliyyətimizi davam etdiririk”-deyə qurum rəsmisi bildirib.
Qeyd edək ki, Prezidentin 22 oktyabr sərəncamı ilə DSMF-nin sabiq sədri Səlim Müslümov Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri təyin olunub. DSMF sədri postu isə hələki boş qalır.
Nihadə Eyyubova