Nazirlik rəsmisindən həkimlərə xəbərdarlıq
A.Qədirlinin sözlərinə görə, sertifikasiyanın başlanması bəzi halları üzə çıxarıb:
“Məsələn, 2012-ci ildə Səhiyyə Nazirliyinin tibbi kitabxanasında kitab tapmaq olmurdu. O kitabxana ki, orada illərlə masalar toz içində olurdu, heç kim getmirdi. Hətta biz belə qərara gəldik ki resurs mərkəzi yaradaq. Biz sertifikasiya keçirməklə bu işə təkan verdik. Həkimlik elə peşədir ki, bu sahənin mütəxəssisi daim öz üzərində işləməlidir. Bu, zamanın da tələbidir. Hər gün yeni müayinə, müalicə üsulları yaranır, yeni dərmanlar, xəstəliklər çıxır, xəstəliklərin gedişi dəyişir və s”.
Nazirlik rəsmisi vurğulayıb ki, Tibbi Universitetinin yetişdirdiyi mütəxəssislərə gəlincə isə bu ali məktəbdə imtahanlar komputer vasitəsilə test sistemi ilə keçirilir: “Tələblərlə də görüşürük, görürük onlarda da maraq yaranır. Neqativ hallar azalmaqdadır”-deyə, Anar Qədirli əlavə edib.
Fatimə