Azərbaycanlılar Marqvelaşvilidən vəzifə gözləyir
AzVision.az-a açıqlamasında deputat konkret olaraq kimlərin vəzifəyə gətiriləcəyini bilməsə də yüksək intellektə sahib olan həmyerlilərimiz Marqvelaşvilinin diqqətindən kənarda qalmayacağını qeyd edib.
“Bilirsiniz ki, bizdə prezidentin çox səlahiyyətləri yoxdur. Həm də mən bilmirəm ki, prezidentin gəlməsi ilə nə dəyişəcək. Amma onu deyə bilərəm ki, bizdə artıq dini, milli, irqi ayrı-seçkilik olmayacaq. Hansı millətin olması əsas deyil. İşə götürülərkən onun milliyəti yox, professionallığına fikir veriləcək. Millət fərqi ikinci yerdə olacaq. Amma prezidentin burada rolu olmayacaq. Bir komanda üzvi bəli, bir köməkliyi dəyə bilər”.
Qeyd edək ki, bir müddət öncə baş nazir Bidzina İvanişvili Gürcüstanda yaşayan azərbaycanlı hüquq müdafiəçisi Ramilya Əliyevanın nazir postuna gətiriləcəyini bildirmişdi.
Sevinc İltifatqızı