Arif Hacılı İsa Qəmbərin yerinə namizəd olacaq - AÇIQLAMA

Arif Hacılı İsa Qəmbərin yerinə namizəd olacaq - AÇIQLAMA
  30 Oktyabr 2013    Oxunub:1272
Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı partiya başqanlığına namizəd ola bilər.
Bu barədə o, AzVision.az-a açıqlamasında bildirib.

A.Hacılı vurğulayıb ki, onun namizədliyi məsləhətləşmələrdən sonra dəqiqləşəcək:

“Mən partiya üzvləri, rayon təşkilatları ilə, partiyanın müvafiq strukturlarının nümayəndələri ilə məsləhətləşmələr aparıram. Məsləhətləşmələrin nəticəsində o fikrə gəlsəm ki, namizədliyimi irəli sürməyim zərurudir, onda başqanlığa namizədliyimi irəli sürməyim istisna deyil”.

Partiyanın digər üzvlərinin başqanlıq iddiasına gəlincə isə A.Hacılı deyib ki, bu barədə məlumatsızdır: “Hələlik qurultayın günü təyin olunmamış bu məsələlərlə bağlı fikir səsləndirmək tezdir. Qurultay yaxınlaşdıqca, namizədlər irəli sürüldükdən sonra bu barədə danışmaq olar”.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti