NATO-nun mənzil-qərargahında kitab təqdimatı
Аzərbaycanın NATO yanında nümayəndəliyindən verilən məlumata görə, kitab Avro-Asiyanın ticarət, nəqliyyat, logistika və təchizat şəbəkələrini strateji cəhətdən araşdırmaqla, Azərbaycan üçün əsas strategiyanı müəyyənləşdirir. Müəllif ölkənin qeyri-neft sektorunun inkişafına nəzər salır və "Azərbaycan 2030" strategiyasının hazırlanması və həyata keçirilməsi üçün müxtəlif variantlardan birini təklif edir.
"Dəyirmi masa"da Azərbaycanın quru, hava və dəniz tranzit yolları, Bakı-Tbilisi-Qars dəmiryolu və Ələt Beynəlxalq Dəniz Ticarət limanı və onların imkanları, qeyd olunan infrastrukturun region və Əfqanıstandan geriyə daşınma tranziti üçün əhəmiyyəti barədə fikir mübadiləsi aparılıb. Geriyə daşınmanın ISAF ölkələri üçün aktual olmasını nəzərə alaraq, sözügedən təqdimat NATO üzvləri və ISAF tərəfdaşları tərəfindən maraqla qarşılanıb.
Qeyd edək ki, İSAF əməliyyatının 2014-cü ildə başa çatması ilə əlaqədar Əfqanıstandan geriyə çıxarılacaq hərbi heyət, sursat və avadanlıqların Azərbaycan, Türkiyə və Gürcüstan üzərindən tranzit daşınma imkanları NATO tərəfindən nəzərdən keçirilir.
Teqlər: