Müsavat Əbülfəz Qarayevdən yer istədi
A.Hacılı hesab edir ki, icazə verilərsə Müsavat Opera və Balet Teatrında qurultay keçirməyə hazırdır.
“Əvvəla yəqin ki, hakimiyyət dairələri bu məkanın ayrılmasına xüsusi narahatlıq keçirməz. Eyni zamanda AXCP və digər siyasi partiyaların tədbirləri bu zalda olub. Əgər hakimiyyət Opera və Balet Teatrının 1060 nəfərlik zalını Müsavat üçün ayırsa qısa müddətdə öz qurultayımızı keçirə bilərik”.
Qeyd edək ki, Opera və Balet Teatrı Mədəniyyət və Turizm Nazirliyinin tabeliyindədir.
Fatimə Kərimli
Teqlər: