19 yaşlı əsgər yaralandı

 19 yaşlı əsgər yaralandı
  31 Oktyabr 2013    Oxunub:1083
Hadisə Ədliyyə Nazirliyi Penitensiar xidmətinin mühafizə alayında qeydə alınıb. Alayın əsgəri, 19 yaşlı Kamil Şükür oğlu İsayev tabeliyindəki silahdan açılan atəş nəticəsində güllə yarası alıb. Yaralı əsgər hospitala yerləşdirilib.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov faktı təsdiqləyərək bildirib ki, hadisə əsgərin silahla ehtiyatsız davranması nəticəsində baş verib: “Əsgər ona təhkim olunmuş silahla ehtiyatsız davranması nəticəsində atəş açılıb və güllə əvvəl dəmirə dəyərək sonradan əsgəri yaralayıb”.(apa)


Teqlər:





Xəbər lenti