Rusiya Orxan Zeynalovla bağlı müraciətə CAVAB verdi
O, cavab məktubunda bildirib ki, Rusiya ictimaiyyəti Orxan Zeynalovun həbsi ətrafında yaranmış vəziyyətdən çox narahatdır: “ Bununla əlaqədar İctimai Palata Rusiyanın Daxili İşlər Naziri V.A. Kolokolçevə və Baş Prakror Y.Y.Çaykaya müraciət edilib. Baş verən bu hadisə yalnız Azərbaycana yönəlik deyil, ümumilikdə Rusiyada olan miqrasiya probleminin təzahürüdür. İctimai Palata hazırda istintaqla bağlı vəziyyəti nəzarət altında saxlayır və prosesin gedişatı ilə bağlı Şuranı gələcəkdə də məlumatlandıracaq.
Məlumat üçün bildirək ki, oktyabrın 18-i Azay Quliyev Yeqor Serbakovun ölümündə təqsirləndirilərək şübhəli şəxs kimi həbs edilən Orxan Zeynalovla əlaqədar Rusiya Federasiyası Ictimai Palatasının sədri Yevgeni Velixova məktub göndərib. Müraciətdə məişət zəminində baş vermiş bu hadisənin milli müstəviyə çıxarılmasından, Orxan Zeynalovun hüquqlarının kobud şəkildə pozulması və zorakılıga məruz qalmasından ciddi narahatlıq ifadə edilib.
AzVision.az