Daha bir ölkə ilə viza rejimi sadələşdi

Daha bir ölkə ilə viza rejimi sadələşdi
  31 Oktyabr 2013    Oxunub:1085
Vyetnam hava limanlarında Azərbaycan vətəndaşları üçün viza rəsmiləşdirilməsi həyata keçiriləcək.
AzVision.az-a bu barədə Xarici İşlər Nazirlinin mətbuat xidmətindən məlumat veriblər. Məlumata görə, Vyetnam Sosialist Respublikasının Azərbaycanda Səfirliyinin olmadığından Vyetnama səfər etmək istəyən Azərbaycan vətəndaşları viza almaqda çətinlik çəkirdilər.

Məsələ ilə bağlı Azərbaycanın Vyetnamdakı Səfirliyi Vyetnam Xarici İşlər Nazirliyində keçirdiyi görüşlər zamanı Azərbaycan vətəndaşlarının Vyetnama viza alması prosedurlarının sadələşdirilməsi məsələsini qaldırılıb. Aparılan məsləhətləşmələr nəticəsində Azərbaycan vətəndaşlarına viza verilməsi qaydaları sadələşdirilib. Belə ki, Vyetnam aeroportlarında Azərbaycan vətəndaşları üçün viza rəsmiləşdirilməsi həyata keçirilə biləcək. Bunun üçün Vyetnam turizm şirkətləri tərəfindən müvafiq səyahət sənədlərinin təqdim olunması kifayətdir.

AzVision.az


Teqlər:  





Xəbər lenti