Sülhəddin Əkbər Rəsul Quliyevin “qara siyahı”sında

Sülhəddin Əkbər Rəsul Quliyevin “qara siyahı”sında
  31 Oktyabr 2013    Oxunub:1220
Onların arası niyə dəydi?
Rəsul Quliyevin Milli Şura və Açıq Cəmiyyət Partiyasından (ACP) istefa verməsindən sonra onun partiya sədri Sülhəddin Əkbərlə münasibətlərinin kəskin pisləşdiyi bildirilir.

Belə ki, eks-spikerin ACP-ni yarı yolda qoyması, seçkidən sonra Sülhəddin Əkbərdən üz döndərməsi partiya sədrini hiddətləndirib.

AzVision.az-a daxil olan məlumata görə, S.Əkbərin R.Quliyevdən incik düşməsinin əsas səbəbi eks-spikerin ACP-ə verdiyi maddi dəstəkdən və ofis xərclərindən imtina etməsidir.

Yayılan məlumatlara görə, son olaylardan sonra Sülhəddin Əkbərlə Rəsul Quliyev danışmırlar.

Məsələ ilə bağlı Rəsul Quliyevin facebook səhifəsində dəfələrlə mesaj yazsaq da eks-spiker S.Əkbər haqda sualımızdan yayınıb.

ACP sədri S.Əkbər də əməkdaşımızla söhbətində Rəsul Quliyevlə əlaqələrinin nə yerdə olması haqda suala nəinki cavab verməyib, hətta R.Quliyev barədə bir kəlmə də danışmaq niyyətində olmadığını bildirib.

“Başqa sualınız varsa buyurun, bu haqda heç nə demək istəmirəm.”-deyə S.Əkbər bildirib.

Tərəflərin məsələyə bu cür reaksiyası yayılan xəbərlərin heç də yalan olmadığını düşünməyə əsas verir.

AzVision.az


Teqlər:  





Xəbər lenti